Almaniyanın kansleri Angela Merkel Sankt-Peterburq metrosunda terror aktı ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə başsağlığı teleqramı göndərib.
Publika.az xəbər verir ki, bu haqda Almaniya
hökumətinin mətbuat xidməti məlumat verib.
"Belə çox insan ölüb və yaralandığı Sankt-Peterburqda baş vermiş
partlayış haqda mən dəhşətlə eşitdim. Hər şey onu göstərir ki, bu
qorxaq bir hücumdur. Mənim ən qətiyyətli şəkildə pislədiyim bu
dəhşətli akt təstiqləndiyi halda, onun ilhamçıları müəyyən edilməli
və məsuliyyətə cəlb olunmalıdırlar", - teleqramda deyilir.
Kansler həmçinin bildirib ki, ürəyi ilə o ailələri ilə ölən və
yaralananların yanındadır və onlara tezliklə sağalmasını
arzulayıb.