Bakıda 34 yaşlı kişi özünü binadan yerə atdı

Bakıda 34 yaşlı kişi özünü binadan yerə atdı
07:27 4 Aprel 2017
129 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 34 yaşlı kişi özünü binanın üçüncü mərtəbəsindən yerə ataraq intihara cəhd edib.

Milli.Az "Report"a istinadən bildirir ki,hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Rəşid Behbudov küçəsində yerləşən binanın 3-cü mərtəbəsindəki mənzildə yaşayan 1983-cü il təvəllüdlü E.Məcidov eyvana çıxaraq özünü yerə atıb. E.Məcidov ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, E.Məcidov ailəlidir və onun 1 övladı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/531763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR