Gecə elektrik istehsal edən batareya yaradılıb

Gecə elektrik istehsal edən batareya yaradılıb
07:52 4 Aprel 2017
110 Maraqlı
Ölkə mətbuatı
A- A+

Çin alimləri elektrik enerjisini gecə vaxtı və pis hava şəraitində generasiya edən günəş batareyaları hazırlayıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, innovativ günəş panellərinin tərkibinə uzunmüddətli işıqlandırmaya malik xüsusi lüminofor əlavə olunub. Çin Okeanologiya Universitetinin professoru Tan Tsyunveyin sözlərinə görə, gündüz Günəş işıq saçan zaman panellərin faydalı təsir əmsalı cüzi yüksəlsə də, fotoelementlərin udmadığı günəş işığı enerjisi lüminoforun daxilində qalır və gecə emal edilir.

Bildirilir ki, gecə saxlanılan enerji absorbenti udaraq onu elektrik şəklində ötürən görünən birrəngli şüaya çevirir. Beləliklə, innovativ günəş batareyaları həm gündüz, həm də gecə işləyə bilir.

Sutkanın qaranlıq vaxtlarında yeni günəş panellərində günəş enerjisinin elektrikə çevrilmə səmərəliliyi 25 faiz və daha çox təşkil edir və bu rejimdə batareyalar bir neçə saat işləyir.   

Ötən il T.Tsyunvey və onun həmkarları günəş batareyalarına yağışlı havada elektrik enerjisi hasil etməyə imkan verən yeni texnologiya yaradıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/531617.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR