Peterburq metrosunda partlayışı terrorçu-kamikadze törədib

Peterburq metrosunda partlayışı terrorçu-kamikadze törədib
08:17 4 Aprel 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

İlkin araşdırmalara əsasən, Peterburq metrosunda partlayış terrorçu-kamikadze tərəfindən törədilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
 
"Cinayətkarın şəxsiyyəti artıq müəyyənləşdirilib. O, Orta Asiya mənşəlidir və Suriyada döyüşən  silahlılarla əlaqəsi olub", deyə mənbə bildirib.
 
Onun sözlərinə görə, vaqonda  200-300 qram trotil ekvivalenti gücündə əldəqayırma bomba partlayıb. Mənbə həmçinin bildirib ki, "Texnoloji institut" və "Sennaya ploşşad" stansiyaları arasında işə salınan partlayıcı qurğu  bir qədər sonra "Ploşşad Vosstaniya" stansiyasında zərərsizləşdirilən partlayıcı ilə eyni olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/531773.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR