Tramp Putinə başsağlığı vermək üçün zəng edib

Tramp Putinə başsağlığı vermək üçün zəng edib
08:27 4 Aprel 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə, Rusiyanın Sankt-Peterburq Şəhərində terror aktı ilə əlaqədar başsağlığı vermək üçün zəng edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, dövlət başçıları terrorizmlə birgə mübarizə aparmağın zəruri olduğu haqda ümumi fikir bildiriblər.

Peskov deyib: "Donald Tramp Vladimir Putinlə telefon danışığında Sankt-peterburq metrosunda törədilən dəhşətli terror aktı nəticəsində həlak olanların qohumlarına və yaxınlarına dərin hüznlə başsağlığı verib və Rusiya xalqına dəstək sözlərini çatdırmağı Rusiya prezidentindən xahiş etdi".

Peskov əlavə edib ki, Putin göstərilən həmrəyliyə görə amerikalı həmkarına öz təşəkkürünü bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/531760.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR