Türkiyə Suriyada hərbi əməliyyatları davam etdirəcək

Türkiyə Suriyada hərbi əməliyyatları davam etdirəcək
08:32 4 Aprel 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Suriyanın şimalındakı terror qruplaşmalarına qarşı əməliyyatları davam etdirmək niyyətində olduğunu bildirib.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu o, aprelin 3-də Trabzon şəhərində çıxışı zamanı deyib.
"Biz "Fərat qalxanı" əməliyyatının birinci mərhələsini başa vurduq. Bundan sonra başqaları olacaq. Hazırda biz digər regionlarda da terror qruplaşmalarını əzmək üçün yeni əməliyyatlara hazırlaşırıq. Biz onlara yeni adlar verəcəyik", - deyə o əlavə edib.
Türkiyə Prezidenti, həmçinin bildirib ki, bu qruplaşmaları "çox gözəl sürprizlər" gözləyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/531768.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR