Tarixdə bu gün - 4 aprel

Tarixdə bu gün - 4 aprel
08:33 4 Aprel 2017
126 Digər
Ölkə mətbuatı
A- A+

1992-ci il. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasına dair protokol imzalanıb.

1935-ci il. Xalq artisti Muxtar Maniyevin doğum günü. O, əllidən çox filmdə (“İnsan məskən salır”, “O qızı tapın”, “Bizim Cəbiş müəllim”, “Nəsimi” və s.) maraqlı obrazlar yaradıb.

1949-cu il. Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) yaradılıb. NATO sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən təcavüz formalarının dəf olunmasını, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin alyansıdır. On iki dövlətin iştirakı ilə yaradılan NATO-ya hazırda 28 ölkə daxildir. Azərbaycan 1994-cü ildən NATO-nun "Sülh naminə tərəfdaşlıq", 2004-cü ildən isə "Fərdi tərəfdaşlıq" proqramlarına qoşulub, 1999-cu ildə NATO PA-ya müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib.

1968–ci il. Məşhur amerikalı hüquq müdafiəçisi Martin Lüter Kinq su-qəsd nəticəsində öldürülüb (1929-1968). 1964-cü ildə Nobel Sülh mükafatına layiq görülmüş M.L.Kinq tarixdə ən çox öyrənilmiş 100 şəxsiyyət siyahısına daxildir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/193656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR