"Orqanlarım sıradan çıxıb" - əməkdar artist

"Orqanlarım sıradan çıxıb" -  əməkdar artist
08:37 4 Aprel 2017
984 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist, tanınmış müğənni Kəmalə Rəhimlinin səhhətində problemlər yaranıb.

Milli.Az bildirir ki, müğənni "Yenicağ"a müalicə olunduğunu deyib:

"Həkim nəzarətindəyəm, hər il mütəmadi olaraq bir neçə dəfə sistemlər qəbul edirəm ki, xəstəlik irəliləməsin. Bax, indi sizinlə danışıram, qoluma sistem qoşulub. Bu xəstəlik elədir ki, bütün orqanları sıradan çıxarır. Məndə də elədir, ürəyimdə, qaraciyərimdə, ayaqlarımda problemlər yaranıb. Neçə illərdir ki, süni həyat yaşayıram. Günüm dava-dərmanla keçir. Amma bu günümə də şükür edirəm".

Qeyd edək ki, sənətçi illərdir şəkərli diabet"xəstəliyindən əziyyət çəkir. Xəstəlik nəticəsində müğənninin gözlərində də ciddi problemlər yaranmışdı. Bir müddət öncə o, göz əməliyyatı keçirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/531775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR