“Galaxy S8”in mini versiyası hazırlanır

“Galaxy S8”in mini versiyası hazırlanır
08:42 4 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Samsung" şirkəti "Apple" ilə rəqabətdən kənarda qalmaq niyyətində deyil.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Cənubi Koreya şirkəti ABŞ korporasiyasının qüruru olan "iPhone SE" smartfonu ilə uğurlu rəqabət aparmaq üçün yeni layihənin icrasına başlayıb.
 
Belə ki, "Samsung" mühəndisləri bu günlərdə təqdimatı keçirilmiş yeni "Samsung Galaxy S8" smartfonunun kiçildilmiş variantını hazırlamaqla məşğuldur. Mini versiya 5,3 ekran ölçülü olacaq.
 
İlkin məlumatlara görə, yeni cihaz "Samsung Galaxy S8 Mini" adlandırılacaq. Onun qiyməti 400 ABŞ dollarına bərabər olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/531623.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR