Kolumbiyada fövqəladə vəziyyət elan olunub

Kolumbiyada fövqəladə vəziyyət elan olunub
08:42 4 Aprel 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Kolumbiya hökuməti ölkədə baş verən daşqınlar səbəbindən sosial, iqtisadi və ekoloji sahələrdə fövqəladə vəziyyət elan etmək barədə qərar qəbul edib.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu ölkə prezidenti Xuan Manuel Santos deyib.
"Biz Nazirlər Şurasında bir neçə qərar qəbul etdik. Birincisi, büdcəyə dəyişiklik etmək və eləcə də, fəlakətin nəticələri ilə mübarizə üçün lazımi tədbirlərin görülməsi məqsədi ilə vəsaiti yenidən bölüşdürmək üçün sosial, iqtisadi və ekoloji sahələrdə fövqəladə vəziyyət elan etməkdir", - deyə o, televiziya ilə müraciətində bildirib.
Daşqınlar nəticəsində 262 nəfərin öldüyü, bir o qədər insanın yaralandığı bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/531769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR