WhatsApp-da yeni yasaq

WhatsApp-da yeni yasaq
08:52 4 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Mütəxəssislər 2017-ci ildə gözlənilən proqram yenilənmələrinin nədən ibarət olacağını açıqlayıblar.

İKT.lent.az-ın "actualnews.org" saytına istinadən verdiyi məlumata görə, "Yandex" şirkəti korporativ müştərilərə yeni "Ekstrakt" axtarış sistemini təqdim edəcək. Xidmət pullu olacaq və şəbəkədəki məlumatların monitorinqini xeyli asanlaşdıracaq.
 
"VKontakte" sosial şəbəkəsi daha əvvəl anons edilən messencerini istifadəyə verəcək. Xidmətin istifadəsi çox sadə olacaq və istifadəçilərin daimi əlaqəsini təmin edəcək.
 
2017-ci ilin sonunda "WhatsApp" messenceri geniş sistem yenilənməsini dəstəkləyə bilməyən köhnə smartfonlarda fəaliyyətini dayandıracaq. İlin sonunda "Nokia S40", "Blackberry 10", "Blackberry OS", "Symbian S60" istifadəçiləri narazı qalacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/531624.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR