3 min 700 il yaşı olan piramidanın qalıqları tapıldı

3 min 700 il yaşı olan piramidanın qalıqları tapıldı
09:13 4 Aprel 2017
114 Digər
Ölkə mətbuatı
A- A+

Misirdə 3 min 700 il yaşı olan piramidanın qalıqları aşkarlanıb.

Publika.az xəbər verir ki, Misirin Tarix Nazirliyindən verilən məlumata görə, qalıqlar Qahirədəki Dahshur antik şəhərində tapılıb.

Piramida qalıqlarında bir ədəd daxili dəhlizin və 10 heroqlifik xətlərdən ibarət lövhələrin olduğu qeyd olunub.

Nazirlik qalıqların çox yaxşı vəziyyətdə olduğunu, qazıntı işlərinin davam edəcəyini və piramidanın əsas ölçüsünü müəyyən etməyə çalışacaqlarını bildirib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/193660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR