Peterburq metrosundakı terrorda yaralanmış azərbaycanlı qız dünyasını dəyişdi

Peterburq metrosundakı terrorda yaralanmış azərbaycanlı qız dünyasını dəyişdi
09:27 4 Aprel 2017
75 Dünya
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkələrdə yayılmış xəbərə görə, bu gecə Rusiyanın Sankt-Peterburq şəhərindəki xəstəxanalardan birində dünən metroda törədilmiş terror aktı nəticəsində yaralanmış azərbaycanlı qız dünyasını dəyişib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, 21 yaşlı Dilbər Əliyeva ağır vəziyyətdə xəstəxanaya gətirilərkən səhvən Tamara Əliyeva kimi qeydiyyatdan keçirilib.

Xatırladaq ki, dünən yerli vaxtla sat 14:30-da Sankt-Peterburq metrosunda vaqonlardan birində kamikadze üzərində olan partlayıcı qurğunu işə salıb. Nəticədə, 11 nəfər həlak olub, daha 30-a yaxın adam yaralanıb.

Terror aktını törətmiş şəxs, ilkin məlumatlara görə, 23 yaşlı Qazaxıstan vətəndaşı Maksim Aşirevdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/531787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR