13 yaşlı qız qatarın altında qaldı - "iPhone"a görə

13 yaşlı qız qatarın altında qaldı - "iPhone"a görə
09:47 4 Aprel 2017
116 Dünya
Ölkə mətbuatı
A- A+

Nyu-York metrosunda bədbəxt hadisə baş verib.

Milli.Az BBC-yə istinadla bildirir ki, 13 yaşlı qızı qatar vurub. O, relslərin arasında düşən "iPhone"ununu götürmək istəyərkən qatarın altında qalıb. Ağır yaralanan Diana Kadribasik xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə 63-cü "Drive-Rego Park" stansiyasında baş verib. Şahidlərin dediyinə görə, bədbəxt hadisənin baş verdiyi zaman sərnişilər qışqırmağa başlayıblar.

13 yaşlı qızın ölümündən sonra sərnişinlərə relsə hər hansı əşya düşdükdə metropoliten işçiləri ilə məsləhətləşib, sonra hərəkət etməklə bağlı xəbərdarlıq edilib.

Bəxtiyar Umarlı
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/531791.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR