Türkiyədə mikroavtobus qəzaya uğradı

Türkiyənin Manisa şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az bildirir ki, mikroavtobusun qəzaya uğraması nəticəsində 17 nəfər yaralanıb. Xəstəxanya çatdırılan yaralıların həyati təhlükəsinin olmadığı deyilir. Qəzaya əsas səbəb mikroavtobusun təkərinin partlaması göstərilir.

Polis faktla bağlı araşdırmalara başlayıb.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR