Daha iki yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Daha iki yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır
09:58 4 Aprel 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

Qurumdan Publika.az-a verilən məlumata görə, bu gün saat 11:00-dan axşam saatlarınadək Səbail rayonu, Bayıl dairəsi – Bibiheybət yolu, həmçinin Heydər Əliyev prospektinin Böyük Şor və Sabunçu yol qovşaqlarında avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən və ya tam məhdudlaşdırılacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməkləri və aparılan işlərə anlayışla yanaşmaqları xahiş olunur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/193669.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR