"Real" 21 il əvvəlki rekordunu təkrarladı

"Real" 21 il əvvəlki rekordunu təkrarladı
10:05 4 Aprel 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın müdafiəçisi Naço Fernandes La Liqanın 29-cu turunda "Alaves"i 3:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Naço cari mövsümdə "Real"ın heyətində ölkə çempionatında qol vuran 19-cu futbolçu olub. "Kral klubu"nun heyətindən La Liqada meydan oyunçularından yalnız Daniel Karvahal və Fabiu Koentrau fərqlənməyi bacarmayıb.

Bununla da "Real" 1994/95-ci ildə "Valensiya"nın, 1 il sonra özünün rekordunu təkrarlayıb. 

Madridlilərin vurduğu qolların 25 faizi 19 fərqlənən Kriştianu Ronaldunun payına düşür. 

Qeyd edək ki, cari mövsümdə "Selta"nın 16, "Barselona"nın isə 14 müxtəlif futbolçusu La Liqada qol sevinci yaşayıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/531796.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR