Terrorda ölən azərbaycanlı qızın FOTOlarına yazılan şərh ürək parçaladı: "O, artıq həyatda yoxdur"

Terrorda ölən azərbaycanlı qızın FOTOlarına yazılan şərh ürək parçaladı: "O, artıq həyatda yoxdur"
10:37 4 Aprel 2017
254 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Sankt-Peterburq şəhərində metroda törədilmiş terror aktı nəticəsində yaralanmış 20 yaşlı azərbaycanlı Əliyeva Dilbarə xəstəxanada dünyasını dəyişib.

Sankt-Peterburq Dəmiryolu Universitetinin tələbəsi olan Dilabrənin ölüm xəbəri onun sosial şəbəkə təqibçilərini hüzünə boğub.

Milli.Az xəbər verir ki, mərhumun şəxsi fotolarının altına Dilbarənin ölüm xəbərinə təsirlənən dost-tanışları ürəkparçalayan şərhlər yazıblar.

Onlardan bir neçəsini təqdim edirik:

- "Niyə axı sən? Buna inana bilmirəm! Mən səni çox sevirəm! Allah o dünyanı versin, mələyim".

- Allah rəhmət eləsin... Valideynlərinə səbr diləyirəm. Şəklinə baxırıq və eşidirk ki, o, artıq həyatda yoxdur.

- Can, bala. Çox üzüldüm, qışqırmağım gəlir. Lənət olsun terrora. Məkanın cənnət olsun!"

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/531818.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR