Sankt-Peterburq terrorunda şübhəli bilinən şəxslər kimdir?

Sankt- Peterburqda baş verən terror aktını törətməkdə şübhəli bilinən şəxslərin adları açıqlanıb.

Metbuat.az xəbər verir ki, onlardan biri 22 yaşlı Qazaxıstan vətəndaşı Maksim Arışevdir. Arışevin cəsədinin partlayış yerində tapılması şübhələri daha da artırıb. O, Sankt-Peterburqdəkı universitetlərdən birində təhsil alırmış.

Lakin Qazaxıstan Daxili İşlər Nazirliyi və Arışevin qohumları bu versiyanı inkar edib.

Digər şübhəli şəxs isə qırğız 22 yaşlı Əkbərcan Cəlilovdur. O, Rusiya vətəndaşı olub, 6 ildən çox Sankt-Petrburqda yaşayıb. Cəlilovun dəfələrlə pasportunu dəyişdirdiyi ortaya çıxıb.

Terrorda şübhəli bilinən növbəti şəxs Başqırdıstan vətəndaşıdır.

Metbuat.az xəbər verir ki, 3 apreldə baş verən terror aktı ilə əlaqədar Rusiya prezidenti Vladimir Putin hadisə baş verən günün axşamı təcili iclas keçirib. Səbəbkarlar axtarılır.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR