Yeni “Niva”lar belə olacaq - Ruslar dəyişiklik etdi

Rusiyanın avtomobil nəhəngi "Avto VAZ"-ın istehsalı olan "Lada 4x4"ün, yaxud da, sadəcə olaraq "Niva"nın məşhurluğunu hər kəs bilir.

Bir müddət əvvəl "Niva" istehsalçıları 2021-ci ilə qədər yeni modeli təqdim etmək qərarına gəliblər. Artıq yeni "Niva"nın ("Lada 4x4") eskiz görüntüləri məlumdur.

Eskizlərdən yeni nəsil "Lada 4x4"-ün hansı formada olacağını artıq bəlli etmək mümkündür. Onun bir qədər "Chevrolet Niva"ya bənzəyəcəyi söylənilir.
Yeni nəsil "Niva"nın 2017-ci ildə, yəni bu il istehsal ediləcəyi deyilir. (avtosfer.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR