Lavrovdan önəmli Qarabağ mesajı: "Bakı və İrəvan mövqelərini yaxınlaşdırıb"

Lavrovdan önəmli Qarabağ mesajı: "Bakı və İrəvan mövqelərini yaxınlaşdırıb"
10:52 4 Aprel 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Həmsədrlərin vasitəçiliyi ilə rəsmi Bakı və İrəvan Qarabağ probleminin həlli istiqamətində mövqelərini əhəmiyyətli dərəcədə yaxınlaşdırıb. 

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. 

"Regiona sülhün qayıtmasında, orada insanların ölümünün sona çatmasında, sərhədlərin açılmasında, iqtisadi əlaqələrin bərpasında səmimi olaraq maraqlıyıq. Bunün üçün əlimzidən gələn hər şeyi edirik. Həm fərdi, həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Fransa və ABŞ-la birgə həmsədrlik missiyamızı yerinə yetiririk. Həmsədrlərin vasitəçiliyi ilə tərəflər arasında bir sıra mübahisəli məsələlər üzrə mövqeləri yaxınlaşdırmaq mümkün olub. Münaqişənin həlli üzrə baza prinsipləri artıq razılaşdırılıb", - deyə Lavrovun "Bakinski Raboçi" qəzetində nəşr olunan məqaləsində qeyd edilib.

Eyni zamanda, Lavrov vurğulayıb ki, Azərbaycan və Ermənistan göstərilən baza prinsiplərinin həyata keçirilməsi ardıcıllığını fərqli formada görür. 

"Bununla əlaqədar əsas məsələ tərəflərə balanslı həll yolunu tapmaqda yardım etməkdir. Hesab edirik ki, Bakı və İrəvan siyasi iradə, komromisə getməyə hazır olmalarını nümayiş etdirə biləcəklər. Bu, danışıqlar prosesində nəticənin olması üçün lazımdır", - rusiyalı nazir bildirib. 

Onun sözlərinə görə, irəliləyiş üçün ən əsas şərt münaqişə zonasında gərginliyin azaldılması və onun həlli üçün güc yolundan istifadə etmək cəhdindən imtinadır: "Öz növbəsində, Rusiya münaqişəyə cəlb olunan bütün tərəflərə sərf edəcək problemin həlli varinatını dəstəkləməyə, razılıq əldə olunacağı təqdirdə isə digər həmsədr ölkələri ilə birgə nizamlanmanın qarantı kimi çıxış etməyə hazırdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/531824.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR