Körpələrin ən çox ağladığı ölkələr

Alimlər dünyanın ən ağlağan uşaqlarının hansı ölkədə yaşadığını müəyyənləşdiriblər.

Metbuat.az bildirir ki, Uiriksk Universiteti alimlərinin dünyanın hər yerində yaşayan 8700 körpə üzərində aparıdığı araşdırma zamanı məlum olub ki, ən ağlağan körpələr Böyük Britaniya, İtaliya, Kanada və Hollandiya yaşayır. "Səssiz uşaqlar" isə Danimarka, Almaniya və Yaponiyada yaşayırlar.

Həkimlər uşaqların əsasən sancıya görə ağladığını bildirib. Yeri gəlmişkən, bu yaxınlarda Uiriksk Universitetinin alimləri uşaqların valideynlərin hansından əqli inkişaf xüsusiyyətlərini götürdüyünü araşdırıblar. Əqlin inkişafinda cavabdeh olan gen X xromosomunda yerləşdiyi üçün, cinsiyyətindən asılı olmayaraq, körpə əqli inkişaf xüsusiyyətini anadan götürür.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR