Orxan Avropa çempionatı və İslamiadadan kənarda qala bilər

Orxan Avropa çempionatı və İslamiadadan kənarda qala bilər
10:57 4 Aprel 2017
93 İdman
Ölkə mətbuatı
A- A+

60 kq çəki dərəcəsində yer alan Orxan Səfərov zədələnib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, iyirmi altı yaşlı idmançının diz nahiyəsindəki köhnə ağrıları bu yaxınlarda Qazaxıstandakı təlim-məşq toplanışı zamanı yenidən baş qaldırıb. Nəticədə o, Macarıstanın Tata şəhərindəki toplanışdan kənarda qalıb. Hazırda Səfərov Bakıda tibbi-bərpa prosesi keçir. Həkimlər cüdoçunun Avropa çempionatı və IV İslam Həmrəyliyi Oyunlarında iştirakına çalışırlar. Yekun qərar isə gələn həftə veriləcək.

Qeyd edək ki, Orxan Səfərov karyerası ərzində müxtəlif Qran Prilərin qalibi olmaqla yanaşı, 2013-cü il dünya çempionatında bürünc, son 2 Avropa çempionatında, eləcə də "Bakı 2015" I Avropa Oyunlarında gümüş medal qazanıb. O, Beynəlxalq Cüdo Federasiyasının reytinq siyahısında 60 kq çəki dərəcəsində liderdir. Avropa çempionatı 20 - 23 apreldə Polşanın paytaxtı Varşavada, İslamiada isə 12 - 22 mayda Bakıda keçiriləcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/531814.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR