“Arsenal”ın qapıçısı "Fənərbağça"ya gəlir?

“Arsenal”ın qapıçısı "Fənərbağça"ya gəlir?
11:05 4 Aprel 2017
103 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal"ın qapıçısı David Ospina yayda klubunu dəyişə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, kolumbiyalı qolkiperlə "Fənərbağça" yaxından maraqlanır.

"Topçular"ın qarşı tərəfin təklifinə müsbət baxdığı bildirilir. "Arsenal" rəhbərliyi Ospinanı satmağa hazırdı. Keçidin baş tutması üçün türklər 6 milyon funt-sterlinq xərcləməlidi.
 
Qeyd edək ki, 28 yaşlı çərçivə qoruyucusu 2014-cü ildən "Arsenal"da çıxış edir. O, 2007-ci ildən şərəfini qoruduğu Kolumbiya yığmasında 77 oyun keçirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/531815.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR