​Sankt-Peterburdqakı faciənin arxasında İŞİD barmağı

Dünən Rusiyanın Sankt-Peterburq metrosunda partlayış baş verib. Terror aktı nəticəsində 11 nəfər ölüb, 45 nəfər isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Adgözəl Məmmədov bildirib ki, Sankt-Peterburqda baş verən metro faciəsini Rusiyanın son illər beynəlxalq arenadakı aktivliyi, terrora qarşı apardığı antiterror hərəkatlarınının qarşılığı kimi qiymətləndirmək olar:

“Bu hadisənin arxasında terrorçu qruplar dayanıb və düşünülmuş şəkildə həyata keçirilib. Düşünürəm ki, faciənin Sankt-Peterburqda olması da təsadüfi deyil. Bu, sanki, birbaşa Rusiya prezidenti Putinə qarşı hesablanmış bir aktdır. Bilirsiniz ki, Putin Sankt-Peterburqda doğulub, böyüyüb. Daha dərin təhlillər aparmaq üçün zaman lazımdır. İlkin olaraq isə qeyd etmək olar ki, hadisə Rusiyanının Suriyada apardığı əməliyyatların nəticəsində törədilə bilər. Bu, terrorun kökünü kəsmək istəyən Rusiyaya qarşı çabalayan terroristlərin addımlardır”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR