Messi gələn ay müqavilə bağlayacaq

Messi gələn ay müqavilə bağlayacaq
11:27 4 Aprel 2017
106 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın hücumçusu Lionel Messinin taleyinə aydınlıq gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, argentinalının klubu ilə yeni müqavilə imzalayacağı dəqiqləşib.

Belə ki, Leo gələn ay kataloniyalılarla yeni sazişə qol çəkəcək. Anlaşmaya əsasən, 30 yaşlı oyunçu yeni 5 illik müqavilə imzalayacaq. Bununla da o, 2023-cü ilə qədər "Barsa"ya məxsus olacaq. İllik maaşı 35 milyon avro təşkil edəcək futbolçu mükafatlarla birlikdə 40 milyon qazanacaq.
 
Qeyd edək ki, 2004-cü ildən peşəkar futbolçu kimi "Barselona"nın formasını geyinən Lionel Messinin hazırkı müqavilə müddəti gələn ilin yayına qədərdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/531827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR