Terrorda ölən Dilbarənin ən böyük arzusu... - FOTO

Terrorda ölən Dilbarənin ən böyük arzusu... - FOTO
11:42 4 Aprel 2017
276 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində ölənlər arasında azərbaycanlı Dilbarə Əliyeva da olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 20 yaşlı Dilbarənin rəfiqəsi Rusiya KİV-nə danışıb. O bildirib ki, Dilbarənin ən böyük arzusu idman psixoloqu olmaq idi.

Onu da əlavə edək ki, terror qurbanı olan həmyerlimiz ailənin yeganə qız övladı olub, onun bir qardaşı var. 

Qeyd edilir ki, Dilbarə çox saylı zədələrlə xəstəxanaya yerləşdirilib, lakin aprelin 4-də dünyasını dəyişib. Həkimlər onun xəstəxanaya çox ağır vəziyyətdə çatdırıldığını bildiriblər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/531855.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR