Nazirlikdən kim nə soruşub?

Nazirlikdən kim nə soruşub?
11:48 4 Aprel 2017
228 Ölkə
Ölkə mətbuatı
A- A+

Mart ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 16678 müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Telefon Məlumat Mərkəzində 14118 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2560 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1201 sənəd (513 məktub, 334 ərizə, 354 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbul, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı məsələləri əhatə edib.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin cümə (3215 zəng) və cümə axşamı (3121 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin cümə (619 müraciət) və cümə axşamı (539 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 15:00-dək müraciət edilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/193693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR