Terrorda həlak olanların ailələrinə təzminat ayrıldı

Rusiyanın Sankt-Peterburq şəhərində 3 günlük matəm elan olunub.

Metbuat.az bildirir ki, aprelin 3-də baş vermiş terror aktı nəticəsində 15 nəfər həyatını itirib, 45 nəfər isə yaralanıb. Sankt-Peterburqun vitse-qubernatoru Anna Mityan ölən və yaralananların ailələrinə kömək məqsədilə 23 milyon rubl vəsait ayrılacaığını bildirib. Terrorda heyatını itirınlərin ailələri bir milyon rubl, ciddi xəsarət alanlar 250 min rubl, yüngül xəsarət alanlar 50 min rubl alacaq.

Məlumata görə, baş vermiş terrorda daha çox insan həlak ola bilərdi. Lakin maşinistin özünü itirməyərək vaqonu tuneldən çıxartması sayəsində dərhal insanları evakuasiya etmək mümkün olub.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR