Ölülərə bayram etdilər

Çində 8 ən əhəmiyyətli bayramdan biri hesab olunan "Çinqminqçie", yəni, "ölülər bayramı" növbəti dəfə qeyd olunub.

Metbuat.az bildirir ki, bayramda insanlar yaxınlarının, dostlarının məzarını ziyarət edirlər. Məzar daşları təmizlənir, yenidən rənglənir, bununla da ölənlərin ruhlarına hörmət bəslədiklərini nümayiş etdirirlər. Çinlilərin inancına görə, ölmüş şəxslər o dünyada ac və pulsuz qalmasın deyə, məzarların üzərinə yemək, içki və yandırılmış kağız pulun külü qoyulur.

"Ölülər bayramı" səbəbindən ölkədə rəsmi olaraq 3 gün tətil elan olunur.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR