Taksi sürücüsü dəfninə sərxoş gəldi - FOTO

Taksi sürücüsü dəfninə sərxoş gəldi - FOTO
12:12 4 Aprel 2017
108 Maraqlı
Ölkə mətbuatı
A- A+

Keniyada itkin düşmüş şəxsin axtarışları onun sərxoş vəziyyətdə qonşu şəhərdə tapılmasından sonra dayandırılıb.

Milli.Az Daily Mirror-a istinadən bildirir ki, keniyalı mototaksiçi Uilson Oluok üç həftə əvvəl yoxa çıxmışdı.

Miqori bölgəsindəki Avenqo kəndində yaşayan U.Oluoku ailəsi və polis aramağa başlayıb. Kəndin yaxınlığındakı şəkər qamışı plantasiyasında kişi meyiti tapılanda ailə üzvləri onun Uilson olduğunu düşünərək dəfnə hazırlaşıblar.

Məzar qazılandan sonra xəbər gəlib ki, taksiçini qonşuluqdakı Ronqo şəhərində görüblər. Arvadı və oğlu şəhərə yollananda Uilsonu orada görüblər. O, sərxoş vəziyyətdə barda oturmuşdu.

"Bir neçə həftə evə sərxoş qayıtdım. Ayılanda çox utandım. Evdən qaçıb yeni həyata başlamağa qərar verdim", - Uilson Oluok deyib.

Dəfninə sərxoş aparılan U.Oluok ayılandan sonra ailəsi bayrama başlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/531857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR