Paytaxtın mərkəzində xəzinə tapıldı

Moskvanın mərkəzində XVIII əsrə aid xəzinə tapılıb.

Metbuat.az xəbər verir ki, "Petrovski bulvarı" dairəsində kamunikasiya işləri zamanı XVIII əsrə aid xəzinə tapılıb. İkinci Yekaterina və Birinci Pavelin dövrünə aid olan qəpiklər böyük ehtimala gündəlik xərclər üçün gizlədilib.

Şəhər meriyasının mətbuat mərkəzindən həmçinin, arexoloqların Petrovski bulvarında təxminən 500 il yaşı olan iki qəbir daşı da tapdıqları açıqlanıb.

Təəssüf ki, qəbir daşlarının üzərində kimə məxsus olduğunu bildirən heç bir yazı qeyd olunmayıb.Yalnız birirnin üzərində Qolqof dağında sancılmış xaç rəsmi cızılıb.

Xəyalə Xatun / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR