Zirə və Türkandan paytaxt mərkəzinə gediş-gəliş yolu 15 km qısalır

Zirə və Türkandan paytaxt mərkəzinə gediş-gəliş yolu 15 km qısalır
12:58 4 Aprel 2017
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyyə və tapşırıqlarına əsasən bu il yenidən qurulması nəzərdə tutulan 40 kənd və qəsəbələrarası layihələr çərçivəsində Zirə-Türkan avtomobil yolunun bərpası işlərinə başlanılıb.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, sözügedən yolun uzunluğu 7.1 km-dir. Bunun 5.1 km-lik hissəsi çınqıl və torpaq örtüklüdür. Bu üzdən vətəndaşların xüsusən payız-qış mövsümündə bu yolla hərəkətində xeyli çətinliklər yaranırdı. Yolun yenidən qurulması ilə bu problemlər aradan qaldırılmış olacaq.

Zirə-Türkan avtomobil yolunu hərəkət hissəsinin eni 7 metr, hər bir istiqamət üzrə 1.5 metr çiyin hissələr də daxil olmaqla yol yatağının eni 10 metr təşkil edir. Yaşayış məntəqələrindən keçən hissələrdə isə kənarlarda 1.5 metr enində piyada səkilərinin inşası da nəzərdə tutulub.

Hazırda yol boyu zəruri olan yerlərdə yol yatağının yararsız qruntu ərazilərdən asılı olaraq 0.5 – 1 metr dərinlikdə qazılaraq çıxarılır, əvəzinə karbonat materialı tökülərək yenidən kipləşdirilir. Bundan başqa kommunikasiya xətləri köçürülür, maneələrin söküntüsü işləri aparılır. Daha sonra yol əsasının tikintisi işləri aparılacaq. Layihə çərçivəsində zəruri olan yerlərdə yolun altından kommunikasiya xətlərinin ötürülməsi üçün xüsusi borular qoyulacaq, hərəkətin normal təşkili üçün 50 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq. Həmçinin yolun işıqlandırılmasını təmin etmək məqsədi ilə 185 ədəd işıq dirəyi quraşdırılması işləri aparılacaq.

Qeyd edək ki, Zirə-Türkan yolunun bərpası iki yaşayış məntəqəsinin 23.9 min nəfər əhalisinin gediş-gəlişini xeyli yaxşılaşdıracaq, yük və sərnişin daşımasını asanlaşdıracaq. Ən əsası vətəndaşların paytaxt mərkəzinə gediş-gəliş yolunu 15 km-ə yaxın qısaltmış olacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/193700.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR