Əməkdar artist ruhi əsəb dispanserinə yerləşdirilib? - AÇIQLAMA

Əməkdar artist ruhi əsəb dispanserinə yerləşdirilib? - AÇIQLAMA
12:59 4 Aprel 2017
58 Digər
Ölkə mətbuatı
A- A+

 

Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktrisası, əməkdar artist Ulduzə Nəsirovanın səhhətində ciddi problem yaranıb. Lent.az-ın ölkə.az-a istinadən məlumatına görə, aktrisanın teatrda həmkarlarıyla və digər əməkdaşlarla yola getmədiyi, hətta onun ruhi əsəb dispanserinə yerləşdirildiyi iddia edilir.

 

Teatrın direktoru İslam Həsənov əməkdar artistin əsəblərinin yerində olmadığını, sonuncu dəfə iki gün əvvəl teatra gəldiyini deyib:

 

"Arabir teatra gəlir, tamaşaları olanda gəlib oynayır. Əməkdaşlarla, aktyorlarla heç bir problemi yoxdur. Amma qonşularını özünə düşmən bilir. Əsəbləri pozulub. Bir qızı var, o da Türkiyədə yaşayır. Mən özüm də ona baş çəkirəm".

 

Qeyd edək ki, Ulduzə Nəsirova 1956-cı ildə anadan olub. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun dram və kino aktyoru fakültəsinə qəbul olunub. 1984-cü ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktrisasıdır. 2008-ci ildə əməkdar artist fəxri adına layiq görülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271302

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR