AFFA cəzaları açıqladı

AFFA cəzaları açıqladı
13:17 4 Aprel 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

AFFA İntizam Komitəsinin növbəti iclası keçrilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri əvəzedicilərin çempionatının XXV və I divizionun XXII turunda qeydə alınan qayda pozuntularına şüquqi qiymət verib.


Əvəzedicilərin çempionatının “Qəbələ” - “Zirə” matçının “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40). 13-cü dəqiqəsində qonaqların futbolçusu Rəvan Kərimov ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunouq cəzalandırılıb, klub 100 manat cərimə olunub. 


"Zirə" həmçinin 5 futbolçusu sarı vərəqə aldığından 400 manat cərimələnib. AZAL "İnter"lə matçda 4 futbolçusu sarı vərəqə ilə cəzalandığından aldığından eyni məbləğdə cərimə olunub.


I divizonun “Şəmkir” - “Qaradağ Lökbatan” matçının 83-cü dəqiqəsində qonaqların futbolçusu Elmin Məmmədov ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Ona 1 oyunluq cəza verilib, klubu 20 manat cərimə edilib. 


Turun “Şahdağ” - “Səbail” matçında isə qonaqlar 4 sarı vərəqə aldığından 80 manat cərimələnib.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-affa-czalar-acqlad-t57331.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR