"Neftçi"nin futbolçusu öz baş məşqçisini söydü

"Neftçi"nin futbolçusu öz baş məşqçisini söydü
13:27 4 Aprel 2017
92 İdman
Ölkə mətbuatı
A- A+

U-19 liqasında çıxış edən "Neftçi"nin futbolçusu Tural Osmanov öz komandasının baş məşqçisni təhqir edib. Fanat.Az xəbər verir ki, hadisə U-19 liqasının "İnter"lə matçında baş verib.


Tural Osmanov qarşılaşmanın 15-ci dəqiqəsində öz komandasının baş məşqiçisini təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb. AFFA onun bu hərəkətini cəzasız qoymayıb. Qurumun İntizam Komitəsi futbolçunu 4 oyunluq cəzalandırıb.


U-19 liqasının AZAL - “Sumqayıt” matçının 33-cü sumqayıtlıların futbolçusu Vüsal Buludlu hakimi təhqir edib. Onun cəzası 3 oyun olub.


U-17 liqasının “Neftçi” - “Vətən” matçının 85-ci dəqiqəsində "Neftçi"nin futbolçusu Elton Əlibəyli, U-16 liqasının “Vətən” - “Kəpəz” matçının 62-ci dəqiqəsində “Vətən”in üzvü Qabil Əlizadə rəqibi təhqir edib. Hər iki futbolçuya 3 oyunluq cəza verilib.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquotnin-futbolcusu-oz-ba-mqcisini-soydu-t57332.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR