“Şərurspor” çempionatdan çıxarıldı, "Səbail" texniki məğlubiyyət aldı

“Şərurspor” çempionatdan çıxarıldı, "Səbail" texniki məğlubiyyət aldı
13:37 4 Aprel 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

AFFA 3 kluba texniki məğlubiyyət verib. Fanat.Az xəbər verir ki, bunlardan biri çempionatdan çıxarılıb.


U-19 liqasında çıxış edən “Şərurspor” "Zirə" ilə matçda iştirak etməyib və onlara 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrar olunduğu üçün klub yarışlardan kənarlaşdırılıb.


Qeyd edək ki, "Şərurspor"un əsas komandası oyun alverinə görə UEFA-nın tələbi ilə I diviziondan çıxarılıb.


U-17 liqasının “İnter” - “Səbail” matçında “Səbail”in futbolçusu Xəzər Mahmudov oyunu buraxmalı olduğu halda meydana çıxıb. Bu hal klubun 0:3 hesablı texniki məğlubiyyət almasına səbəb olub.


U-15 liqasında isə "Şəmkir" "Qəbələ" ilə oyuna çıxmadığından 0:3 hesablı texniki məğlubiyyət verilib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rurspor-cempionatdan-cxarld-quotsbailquot-texniki-mlubiyyt-ald-t57333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR