Yunanıstanın "Olimpiakos" klubunun baş məşqçisi Joze Miçel Qonzales komandadan qovulub.
Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, superliqa təmsilçisi son 5 oyunda qələbə qazanmasına baxmayaraq rəhbərlik komandanın oyunundan narazı qalıb.
Bu səbəbdən rəhbərlik ispaniyalı mütəxəssislə yolları ayırıb. Komandanı müvəqqəti olaraq Yunanıstan yığmasının və "Olimpiakos"un sabiq qapıçısı Antonis Nikopolidis çalışdıracaq.
Qeyd edək ki, 2013-cü ilin fevralından "Olimpiakos"u çalışdıran Miçel iki dəfə superliqanın, bir dəfə isə ölkə kubokunun qalibi olub.
Xatırladaq ki, "Olimpiakos" Avropa Liqasının 1/16 finalında Ukraynanın "Dnepr" klubu ilə qarşılaşacaq. Dneprpetrovsk təmsilçisi "Qarabağ"ın da yer aldığı F qrupunu ikinci pillədə başa vuraraq 1/6 finalda oynamaq hüququ qazanıb.
Milli.Az