73 yaşlı Nəbahat Çehrədən ÜZÜCÜ XƏBƏR

73 yaşlı Nəbahat Çehrədən ÜZÜCÜ XƏBƏR
13:48 4 Aprel 2017
320 Şou
Ölkə mətbuatı
A- A+

73 yaşında olmasına baxmayaraq, hər zaman baxımlı görünməyə çalışan Nəbahat Çehrə unutqanlıqdan əziyyət çəkir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əfsanəvi aktrisa son vaxtlar unutqanlıq problemi yaşayır. Yaxın dostlarının dediyinə görə, Nəbahatın unutqanlıq problemi o qədər ciddi hal alıb ki, ona həkimə getməli olduğunu deyiblər.

Qeyd edək ki, 2013-ci ildə aktrisanın altsheymer xəstəliyindən əziyyət çəkdiyi iddiaları əsassız çıxmışdı.

Gözəllik və gənclik sirləri həmişə hər kəsin marağına səbəb olan Nəbahat Çehrə bu yaxınlarda hamamda kisə köməyiylə dərisinin yeniləndiyini dilə gətirmişdi. Həmçinin nizamlı yuxu, bol su və sağlam qidalanmanın gənc qalmasına müsbət təsir göstərdiyini bildirib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/193708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR