"Təzə bazar" kül oldu - Bazar yiyəsinin bacısı jurnalistlərə hücum şəkdi - VİDEO

"Təzə bazar" kül oldu - Bazar yiyəsinin bacısı jurnalistlərə hücum şəkdi - VİDEO
13:48 4 Aprel 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, ötən gecə Bakının Nəsimi rayonu ərazisində yerləşən "Təzə bazar"da güclü yanğın hadisəsi baş verib.

Ötən gün od tutub, yanan bazarın görüntüləri görənləri dəhşətə gətirib. Belə ki, bazarın üst hissəsi demək olar ki, tamamilə yanıb külə dönüb. Məhsulları yanan, nəticədə olduqca böyük məbləğdə ziyana düşən sahibkarlar isə aqressivlik nümayiş etidirb. Jurnalistləri çəkiliş meydanından qovan sahibkarlar müsahibə verməkdən də imtina edib.

Özünü "Təzə bazar" sahibinin bacısı kimi qələmə verən qadın olduqca aqressivliyi ilə seçilib. O, jurnalistlərə əl qaldıraraq, onlardan məkanı tərk etməyi tələb edib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.

Görüntüləri təqdim edirik:

(big.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/193711.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR