"Kulis.Az"-ın yarandığı gündür

Bu gün sənət jurnalı olan Kulis.Az-ın yaranmasının 16 ili tamam olur. 2001-ci il aprelin 4-dən fəaliyyətə başlayan jurnalda indiyə qədər 20 minə yaxın məqalə çap olunub.

Sənət jurnalının səhifələri Anar, Elçin Əfəndiyev kimi yazıçıların yaradıcılığı ilə vərəqlənib.

Qapıları daim ədəbiyyat, teatr, kino, musiqi, rəssamlığa açıq olan Kulis.Az oxucu qarşısında rəngarəng üfüqlər açır.

İnternet jurnala yalnız qocaman deyil, eyni zamanda gənc istedadlar da imzaları ilə möhür vurublar.

Ad günü ilə bağlı metbuat.az-a açıqlama verən Kulis.Az-ın rəhbəri Tural Cəfərov gələcək planlardan da danışıb.

"6 illik fəaliyyətimizdə bir çox yeniliklərə imza atdıq. Saytımızda hər gün canlı yayımlar olur. Yerli tamaşalar, çap olunan əsərlərlə yanaşı, xarici rejissorlar haqda da mütəmadi məlumatlar paylaşılır. Tezliklə yeni layihələrlə oxucularımızın hüzuruna gələcəyik. Eyni zamanda, video-materiallar hazırlanaraq, tanınmış aktyorların ifasında bədii qiraət nümunələri səsləndiriləcək".

Səhnə arxasında qalan çətinlikləri maarifləndirici məhsul şəklində oxucularına təqdim edən Lent.Az əməkdaşlarını bu gün münasibətilə təbrik edirik.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR