Qaranquşlar Bakıya niyə gəlmir?

Qaranquşlar Bakıya niyə gəlmir?
13:52 4 Aprel 2017
135 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaranquşlar yaz fəslinin gəlişini xəbər verən ilk müjdəçilərdən biridir. Onlar yazda gəlib, payızda isti ölkələrə uçub gedirlər. Amma bu il nədənsə hələ də qaranquşlara rast gəlinmir.

Bu hansı səbəblərlə əlaqədardır?

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri Elçin Sultanov modern.az-a açıqlama verib.

Elçin Sultanov bildirib ki, qaranquşlar ölkəmizə bir az tez və ya gec gələ bilər.

"Yəqin ki, atrıq gəliblər də. Bakı bir az soyuq olduğu üçün bura gec gəlirlər. Amma rayonlarda, xüsusən də aran bölgələrində artıq olmalıdırlar".
 
Cəmiyyət sədri qeyd edib ki, qaranquşların ölkəmizə gec gəlməsinin səbəbi hava şəraiti ilə əlaqədardır.

"Hava şəraiti ilə əlaqədar bütün təbii proseslər bir az gec və ya tez olur. Bu da normal bir şeydir. Adətən qaranquşlar martın 20-25-də ölkəmizə gəlirlər. Yəqin ki artıq gəliblər. Amma Bakıda görünmürlər".
 
Elçin Sultanov, həmçinin bildirib  ki, heç kim deyə bilməz ki, əvvəlki illərlə müqayisədə qaranquşların sayında azalma müşahidə olunur.

"Bunun üçün qaranquşların rəsmi sayını aparmaq lazımdır. Azərbaycanda da bu aparılmır. Ona görə də heç kim deyə bilməz ki, Azərbaycana gələn qaranquşların sayı azalıb və ya çoxalıb".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/531908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR