Rusiyadan Ukraynaya yeni QADAĞA

Rusiya prezidenti Vladimir Putin xarici ödəniş sistemi vasitəsilə Ukraynaya pul köçürülməsinə qadağa qoyan qanun imzalayıb.

Metbuat.az bildirir ki, müvafiq sənəd hüquqi informasiya rəsmi internet portalında dərc olunub.

Qanuda olan dəyişikliklər yalnız bank hesabı açdırmadan olunan pul köçürmələrinə aiddir.

Qanun qəbul olunduğu gündən etibarən 30 gün ərzində qüvvəyə minir.

Qeyd edəki ki, 2016-ci ildə Ukrayna pul köçürmə sistemlərinə məhdudiyyət qoyan anti-Rusiya sanksiyalar paketini təqdim edib.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR