Venger "Real Madrid"in baş məşqçisi təyin oluna bilər

Venger "Real Madrid"in baş məşqçisi təyin oluna bilər
14:27 4 Aprel 2017
119 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Arsenal" futbol komandasının baş məşqçisi Arsen Venger İspaniya "Real Madrid"inin sükanı arxasına keçə bilər. 

Milli.Az report-a istinadən xəbər verir ki, bu, "kral klubu"nun Zinədin Zidanın rəhbərliyi altında ölkə çempionu olmayacağı təqdirdə baş verəcək. Xəbərdə bildirilir ki, klubun prezidenti Florentino Peres uzun illərdir Vengerin nailiyyətlərini diqqətdə saxlayır. Baxmayaraq ki, hazırda 67 yaşlı mütəxəssisin karyerasında eniş yaşanır. Fransalı baş məşqçi bu yaxınlarda PSJ ilə danışıqlar apardığına dair xəbərləri təkzib edib. Onun 21 ildir rəhbərlik etdiyi "Arsenal"la müqaviləsi isə cari mövsümün sonunda başa çatacaq. 

Qeyd edək ki, Zinədin Zidan 2016-cı il yanvarın 4-də "Real Madrid"in baş məşqçisi təyin olunub. O, ötən mövsüm komanda ilə Çempionlar Liqası, UEFA Super Kuboku və klublararası dünya çempionatının qalibi olub. Cari mövsümdə isə "kral klubu" La Liqada 28 oyundan 68 xalla liderdir və Çempionlar Liqasında 1/4 finala yüksəlib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/531924.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR