"Əsəd ordusu kimyəvi silahdan istifadə edib, 43 nəfər ölüb"

"Əsəd ordusu kimyəvi silahdan istifadə edib, 43 nəfər ölüb"
14:37 4 Aprel 2017
87 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya rejimi İdlib vilayətində müxaliflərə qarşı kimyəvi silah tətbiq edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu İdlib Mülki Müdafiə Dəstəsinin üzvü Enes Barakat "Anadolu" agentliyinə açıqlamasında deyib. O bildirib ki,  Suriya ordusuna aid təyyarələr bu gün səhər saatlarında İdlibin cənubundakı Xan Şeyhun bölgəsinə hazırlanmasında zəhərli xlor qazından istifadə edilmiş bombalar atıb. Nəticədə 43 mülki şəxs ölüb, 215 nəfər zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ölənlərin əksəriyyəti uşaqlardır.
 
Qeyd edək ki, dünən gecə İdlibin El Habit bölgəsi də hücuma məruz qalıb. Nəticədə 20 mülki şəxs xlor qazından zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/531904.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR