"Qızım nişanlanıb, toy olacaq" - FOTO

"Qızım nişanlanıb, toy olacaq" - FOTO
14:47 4 Aprel 2017
211 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Mətanət İsgəndərli ötən gün ad günü mərasimində görüntülənib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni qızı Ülkərin nişanlanması ilə bağlı suallara cavab verməməyə çalışıb.
 
O bildirib ki, yaxın günlərdə övladına toy edəcək:

"Qızım onun şəxsi həyatından danışmağımı sevmir. Ona görə də geniş danışa bilmərəm. Nişanlanıb, toy olacaq".

M.İsgəndərlinin yenidən kökəlməsi diqqət çəkib. İfaçı pəhrizi dayandırdığı üçün itirdiyi çəkini geri aldığını söyləyib:

"Bir az kökəlmişəm. Yenidən pəhrizə başlayacam. Bu aralar çəkilişlərim çox olduğu üçün edə bilmirəm. Amma yaya arıqlamalıyam".

Qeyd edək ki, müğənni bir müddət əvvəl pəhrizlə 15 kiloqram çəki atmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/531929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR