Moskvada qatar depoya göndərildi

Moskvanın cənub-şərqində xəttdə olan elektrik qatarı şübhəli çanta aşkar edildiyindən dərhal depoya göndərilib. Bu barədə paytaxtın Fövqəladə Xidmət əməkdaşı məlumat verib.

Xidmətin əməkdaşının sözlərinə görə, şübhəli çanta "Lyublino" stansiyasında "Qolıtsino-Podols" elektrik qatarının üçüncü vaqonunda aşkar edilib: "Qatar yoxlanılmaq üşün depoya göndərilib. 80 nəfər təxliyə edilib".

Qeyd edək ki, ötən gün Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.

//Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR