Arzu oteldə gördüyü hadisəyə görə hovuzda öldürüldü - "Qrup seks" İDDİASI

Arzu oteldə gördüyü hadisəyə görə hovuzda öldürüldü - "Qrup seks" İDDİASI
15:05 4 Aprel 2017
194 Dünya
Ölkə mətbuatı
A- A+

2010-ci ildə lüks hotelin hovuzunda ölü tapılan tələbə Arzu Çubukçunun cəsədinin ikinci dəfə yarılmasından sonra cinayət şübhəsi ortaya çıxıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, tələbə qızın hoteldə bir hadisəyə şahid olub, buna görə öldürüldüyünü irəli sürən vəkil Hüsnü Tuna bu olayı sona qədər araşdırıb həqiqəti üzə çıxaracağını deyib.

"Beyaz TV"-də yayımlanan bir verlişin canlı yayımına bağlanan vəkil Hüsnü Tuna "Arzu hovuz başında arxadan ağzı bağlanılıb və başı hovuzun içinə salınaraq qətlə yetirlib" açıqlamasını edib.

Gənc qızın cəsədi tapılmamışdan 1 gecə əvvəl Arzu rəfiqəsinə zəng edərək, yan otaqdan "qrup seks" səsləri gəldiyini və çox qorxduğunu söylədiyi məlum olub. Canlı yayıma telefonla qoşulan Arzunun son əlaqə saxladığı rəfiqəsi "Mənə Arzu yan otaqdan "qrup sek" edən bir şəxslərin səslərinin gəldiyini və qorxduğunu söylədi" deyərək canlı yayımda hadisənin dəhşətini izah edib.

Qadınlar üçün olan hovuzda çox yaxşı üzməyi bacaran Arzunun şübhəli ölümünü araşdıran prokurorun FETÖ məsələsinə görə həbs olunduğu, hadisəni icra edən digər istintaqçıların da yenə eyni məsələyə görə məhkum həyatı yaşadıqları ortaya çıxıb.

Yenidən açılan iddiada oteldə qalan müştərilərdən yalnız Arzu Çubukçuyla yan otaqda qalan qadınların qeydinin gizli saxlanıldığı ortaya çıxıb. Vəkil Hüsnü Tuna "Arzunun ikinci dəfə yarılmasından sonra kürəyində və üzündə yaralar olduğu üzə çıxıb. Halbuki, gənc qızın ölmündən dəqiqələr əvvəl çəkdiyi fotolarında elə bir göyərtilərə rast gəlinmir.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/531890.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR