İmtahanlarda iştirak edən şəxslərin NƏZƏRİNƏ

İmtahanlarda iştirak edən şəxslərin NƏZƏRİNƏ
15:12 4 Aprel 2017
315 Ölkə
Ölkə mətbuatı
A- A+

Magistratura və rezidenturaya qəbul imtahanının 1-ci mərhələsində, eləcə də Azərbaycan dili (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahanında iştirak edəcək namizədlər "İmtahana buraxılış vərəqəsi" ni çap edə bilər.

Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, "İmtahana buraxılış vərəqəsi"ni çap etmək üçün Dövlət İmtahan Mərkəzinin saytının müvafiq səhifəsinə daxil olub "şəxsi kabinet"in istifadəçi adı və parolundan istifadə etmək lazımdır. "İmtahana buraxılış vərəqəsi"ndə imtahanın keçiriləcəyi yer, saat, "Yaddaş kitabçası"ndan çıxarış və s. zəruri məlumatlar əks olunur.

Bakalavrın imtahana buraxılış vərəqəsi (magistratura)

Namizədin imtahana buraxılış vərəqəsi (rezidentura)

Abituriyentin imtahana buraxılış vərəqəsi (Azərbaycan dili fənni)

İmtahan gələrkən şəxsiyyəti təsdiq edən sənədi və "imtahana buraxılış vərəqəsi"ni özünüzlə gətirməyi unutmayın.

DİM-in mətbuat xidməti

Tеl: (+99 412) 502-47-53 (dax. - 142)

E-mail: press@tqdk.gov.az; http://dim.gov.az/

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/531971.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR