Bakının əksər küçələrində nəqliyyatın hərəkəti iflic olub

Heydər Əliyev prospekti, Babək, Yusif Səfərov, Koroğlu Rəhimov, Nəcəfqulu Rəhimov, Afiyəddin Cəlilov və digər küçələrində ictimai nəqliyyatın hərəkəti iflic olub.

Metbuat.az bildirir ki, Yusif Səfərov küçəsində aparılan təmir işlərinə görə, Heydər Əliyev prospektinin kəsişməsindən şəhərin mərkəzinə doğru Üzeyir Hacıbəyov küçəsində nəqliyyatın hərəkıti tamamilə dayandırılıb. Yol gecə saatlarından təmirə bağlanıb.

Sürücülər alternativ olaraq Babək prospekti Fazilə İbrahimova küçəsi, Xocalı prospekti Afiyəddin Cəlilov küçəsi və Babək prospekti Nəcəfqulu Rəfiyev küçələrindən istifadə edə bilərlər.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR